Kişi bank kartına görə arvadını döydü
Bakıda arvadını döyən kişi həbs olunub.
Far.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
31 yaşlı Məhəmməd həyat yoldaşı Pərvinin gizli bank kartından istifadə etdiyini və həmin karta pul göndərildiyini öyrənib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd yataq otağında Pərvini döyərək ona müxtəlif xəsarətlər yetirib. Onun mətbəxə keçməsindən istifadə edən Pərvin isə yaxınlıqdakı marketə qaçaraq, telefonla Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə zəng edib. Nəticədə Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə Məhəmməd cəzasını ümumi rejimli həbsxanada çəkməklə, 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Astarada kişi arvadını DÖYDÜ: "Musiqiyə qulaq asmaq istəyirdim"
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













