Bakıda bacısının həyat tərzinə görə öldürən qardaşa HÖKM OXUNDU
Far.Az xəbər saytı

Bakıda bacısının həyat tərzinə görə öldürən qardaşa HÖKM OXUNDU


Bakıda doğma bacısını qətlə yetirən qardaşa hökm oxunub.

BAKU.WS-in məlumatına görə, hadisə ötən il Bakı şəhəri, Binəqədi rayonunda baş verib.

1997-ci il təvəllüdlü Təbriz Qasımov bacısı Təhminənin (2004-cü il təvəllüdlü) həyat tərzindən – çoxsaylı qeyri-rəsmi evliliklərdən və gec evə qayıtmaqdan narazı qalaraq onu öldürməyə qərar verib.

O, anası və qardaşı ilə birlikdə yaşadıqları evə gecə saatlarında gələrək, əvvəlcə qardaşını siqaret almaq bəhanəsi ilə evdən uzaqlaşdırıb. Sonra yatmış vəziyyətdə olan bacısını boğaraq öldürüb.

Məhkəmədə təqsirləndirilən qismən təqsirini boynuna alıb, lakin ifadə verməkdən imtina edib. O, ibtidai istintaqda verdiyi ifadəsində bacısının "tüfeyli həyat tərzi" keçirdiyini, ailəni biabır etdiyini və bu səbəbdən peşman olmadığını bildirib. Anası isə məhkəmədə oğlunun əməlini pisləsə də, sonradan barışıq əldə etdiyini və şikayətinin olmadığını qeyd edib.

Cəza təyin edilərkən məhkəmə Qasımovun Vətən Müharibəsi iştirakçısı olmasını, "Şuşanın azad olunmasına görə" medalını və könüllü təslim olmasını yüngülləşdirici hal kimi nəzərə alıb. Ağırlaşdırıcı hal müəyyən edilməyib. Bundan əlavə, təqsirləndirilən narkomaniyadan qeydiyyata alınacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsi 28 iyul 2025-ci il tarixində Təbriz Qasımov bacısı Təhminə Qasımovanı qəsdən öldürməsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb. Məhkəmə təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə təqsirli bilib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər