Azərbaycanlı milyonçu bloqer vergi qalmaqalına görə yenidən gündəmdə - Ərəbistana getdiyi deyilir
Far.Az xəbər saytı

Azərbaycanlı milyonçu bloqer vergi qalmaqalına görə yenidən gündəmdə - Ərəbistana getdiyi deyilir


Rusiyada yaşayan azərbaycanlı bloqer Subo (əsl adı Sübhan Məmmədov Murad oğlu) vergi borcları səbəbindən yenidən gündəmə gəlib.

Far.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onun Federal Vergi Xidmətinə borcu artıq 89,8 milyon rubla çatıb.

Qeyd olunur ki, hələ iyul ayında Suboya qarşı cinayət işi açılmışdı. O zaman bloqerin borcu təxminən 50 milyon rubl təşkil edirdi. Əgər məhkəmə onun təqsirini sübut etsə, Subonu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaqın versiyasına görə, Subo 2020–2022-ci illərdə yaxın qohumları ilə birlikdə vergidən yayınma sxemi qurub. Saxlanılan pulların bir hissəsi – təxminən 10 milyon rubl – bahalı avtomobilin alınmasına xərclənib.

Araşdırmalar göstərir ki, maliyyə əməliyyatlarında bloqerin qardaşı və atası da iştirak edib. Onların vasitəsilə Moskvada mənzillər və dəbdəbəli avtomobillərin satıldığı iddia olunur.

Məlumata görə, Subo artıq Rusiyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər