Marneulidə iki Azərbaycan vətəndaşı saxta əskinasların mübadiləsinə görə saxlanılıb
Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü C.M. və 1993-cü il təvəllüdlü M.M qabaqcadan əlbir olaraq külli miqdarda saxta pul mübadiləsi faktı ilə ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta pulları sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Qanunvericiliyə əsasən, bu əməlin cəzası 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rüşvətlə gömrükdən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslərin CİNAYƏT İŞİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













