Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub
Far.Az xəbər saytı

Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub


Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşları 2000-c il təvəllüdlü M. R və 2006-cı il təvəllüdlü S. A Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək İrandan Astara rayonu vasitəsilə Azərbaycana keçiblər.

Onlar Astara rayonundan Bakıya oradan Gürcüstana qanunsuz keçmək üçün Balakən rayonuna gediblər.

Balakən rayon ərazisindən Gürcüstana keçməyə cəhd edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki Əfqanıstan vətəndaşına Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə ittiham verilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə hər iki Əfqanıstan vətəndaşı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər