Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Xankəndi şəhərinə mediatur təşkil edilib.
Far.Az xəbər verir ki, media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı, Zəfər Muzeyi, Qarabağ Universiteti və digər əsas müəssisələrlə tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media təmsilçilərinə müəssisələr haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Media təmsilçiləri səfər müddətində Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr - Xankəndi Şəhəri Günü tədbirlərinə də qatılıblar.
Həm Xankəndi ilə tanışlıq, həm də Şəhər Günü münasibətilə təşkil olunan mədəni tədbirlər media nümayəndələrində unudulmaz təəssürat yaradıb.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb. Sərəncamla 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təqvimimizə yazılıb.
Qalereya
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













