Dövlət Komitəsinin sədri AMİN könüllüləri ilə görüşüb
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda AMİN könüllüləri ilə görüşüb.
Far.Az xəbər verir ki, görüşdə Komitə sədri ölkədə gənclərin inkişafı, onların ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, könüllülük hərəkatının müxtəlif sahələrdə – xüsusilə ictimai və sosial istiqamətdə yaratdığı müsbət nəticələrə toxunub.
AMİN könüllülərinin ötən müddət ərzində iştirak etdikləri layihələr və təcrübə proqramları haqqında fikirlərini bölüşən Ramin Məmmədov gənclərin təşəbbüskarlıq və fəallığının təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, könüllülük prosesi gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, faydalı vətəndaş kimi formalaşmasına da şərait yaradır.
Görüş zamanı AMİN könüllüləri əldə etdikləri təcrübə haqqında məlumat verərək, müxtəlif layihələrlə bağlı təkliflərini səsləndiriblər.
Qalereya
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













