Gürcüstan BOEM-ə sərmayə yatırılması prosedurlarını sadələşdirib
Artan elektrik enerjisi istehlakı fonunda Gürcüstanda enerji sektorunun inkişafı hökumətin prioritet məsələsidir. Bununla əlaqədar ümumi gücü 1,5 min meqavat olan elektrik stansiyalarının tikintisinə yardımı özündə əks etdirən bərpa olunan enerjiyə dəstək mexanizmi hazırlanıb.
“Far.Az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“2024-cü il sentyabrın 2-dən bərpa olunan enerji mənbələrindən enerji istehsalı və istifadəsi sxeminin benefisiarları birbaşa danışıqlar yolu ilə Gürcüstan hökuməti ilə su, günəş və külək elektrik stansiyalarının tikintisinə dair saziş imzalaya biləcəklər ki, bu da sektora investisiyaların yatırılmasının stimullaşdırılmasına və ona marağın artırılmasına kömək edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu yenilik Gürcüstan hökumətinin “Bərpa olunan mənbələrdən enerji istehsalının və istifadəsinin dəstəklənməsi sxeminin və enerji hərracının qaydalarının təsdiq edilməsi haqqında” fərmanına edilən dəyişikliklə nəzərdə tutulub. Ona əsasən, maraqlı tərəflər ikinci enerji hərracında hər bir kateqoriya üçün müəyyən edilmiş sabit tarifdən artıq olmayan məbləği almaq imkanına malikdirlər.
Gürcüstan hökuməti bu sahənin inkişafını sürətləndirmək üçün yaxın bir neçə ildə 3-4 milyard ABŞ dolları həcmində investisiya cəlb etməyi planlaşdırır.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ermənistanda İT və ixrac sektorunun tənəzzülü - sabiq nazir hökuməti günahlandırır - ŞƏRH
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöldə “Toğanalı” KSES-in açılışını edib - YENİLƏNİB
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













