İsrail baş naziri Qətərdən üzr istəyib
İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-ın rəhbərliyinə qarşı həyata keçirilən Dohadakı son hərbi əməliyyat səbəbindən Qətərin Baş naziri ilə əlaqə saxlayaraq üzr istəyib.
Far.Az İsrail televiziyasının "12-ci kanalı"na istinadən xəbər verir ki, Netanyahunun Vaşinqtonda Prezident Donald Trampla görüşü zamanı Qətərin Baş naziri Əl-Tani ilə telefon danışığı baş tutub və sentyabrın 9-da Dohaya endirilən zərbələrə görə təəssüfünü ifadə edib.
İsrail Baş naziri əməliyyat zamanı Qətər təhlükəsizlik xidmətinin əməkdaşının həlak olmasına görə də narahatlıq göstərib.
Qeyd edək ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri ABŞ-nin təşəbbüsü ilə HƏMAS-ın Qəzza zolağında apardığı atəşkəs danışıqları zamanı Dohaya bir neçə zərbə endirmişdi. Bu əməliyyat "Atəş Sammiti" adı ilə tanınır. Hadisədən iki gün sonra, sentyabrın 11-də, Qətər ərəb və islam ölkələrinin fövqəladə sammitini çağırıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Pezeşkian Türkiyəyə yola düşüb













