Məhkum həyat yoldaşına metamfetamin keçirmək istəyən şəxsin cəhdinin qarşısı alnıb
Far.Az xəbər saytı

Məhkum həyat yoldaşına metamfetamin keçirmək istəyən şəxsin cəhdinin qarşısı alnıb


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyindən Far.Az-ə verilən xəbərə görə, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0.553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Məhkum həyat yoldaşına metamfetamin keçirmək istəyən şəxsin cəhdinin qarşısı alnıb

Məhkum həyat yoldaşına metamfetamin keçirmək istəyən şəxsin cəhdinin qarşısı alnıb

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
Diş pastasının içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər