Baku TV yeni televiziya layihəsinin yayımına start verir
Far.Az xəbər saytı

Baku TV yeni televiziya layihəsinin yayımına start verir


Baku TV "İDMANDA QAL" adlı yeni televiziya layihəsinin yayımına start verir.

BAKU.WS xəbər verir ki, layihə ölkəmizdə idmanın inkişafına, gənclərin sağlam həyat tərzinə həvəsləndirilməsinə və milli idmançılarımızın uğurlarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

"İDMANDA QAL" verilişində müxtəlif idman növləri üzrə aktual mövzular, yarışlar, idman siyasəti, eləcə də fərqlənən gənc idmançılarla eksklüziv müsahibələr təqdim olunacaq. Tamaçılar yerli və beynəlxalq turnirlər, federasiyaların fəaliyyəti və idman infrastrukturunun inkişafı ilə bağlı ən son yenilikləri bu proqram vasitəsilə izləyə biləcəklər.

Layihənin ilk buraxılışının qonağı Gənclər və İdman naziri Fərid Qayıbov olub. Nazir verilişdə ölkəmizdə idman siyasətinin əsas prioritetlərindən, gənclər arasında idmana marağın artırılması istiqamətində görülən işlərdən və qarşıdakı planlardan danışıb. Eyni zamanda, idmançılar üçün yaradılan şərait, beynəlxalq arenadakı uğurlar və yeni nəsil gənclərin bu sahəyə cəlb edilməsi mövzularına toxunulub.

"İDMANDA QAL" layihəsinin məqsədi peşəkar və kütləvi idmanın, həmçinin sağlam həyat tərzinin və gənclərin sosial fəallığının təbliğ edilməsidir. Veriliş idman ictimaiyyətini bir araya gətirməklə yanaşı, gənc nəslin bu sahəyə marağını artırmaq və yeni istedadların üzə çıxmasına dəstək olmaq missiyasını da daşıyır.

Müxtəlif maarifləndirici və ictimai əhəmiyyətli layihələri ilə seçilən Baku TV bu gün ölkənin ən çox izlənilən kanallarından biridir. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər