Azərbaycanda yeni müstəqil informasiya-analitik portal: TechXəbər istifadəyə verildi
Far.Az xəbər saytı

Azərbaycanda yeni müstəqil informasiya-analitik portal: TechXəbər istifadəyə verildi


Azərbaycan media məkanına yeni nəfəs gətirən TechXəbər https://techxeber.az artıq oxucuların ixtiyarındadır. Müasir trendlərə uyğun hazırlanmış portal elmi, innovasiyaları, süni intellekti, startapları, kosmosu, robot texnologiyalarını, blokçeyn və digər qabaqcıl sahələri işıqlandırır.

TechXəbər - Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Reyestrində rəsmi qeydiyyatdan keçmiş müstəqil informasiya-analitik xəbər portalıdır.

Oxucular üçün yeni imkanlar

TechXəbər ən son xəbərləri, analitik məqalələri, müsahibələri və reportajları təqdim edir. Portal həm yerli, həm də beynəlxalq hadisələri izləyərək oxuculara operativ, dəqiq və əlçatan informasiya çatdırmağı qarşısına məqsəd qoyub.

Yeni platforma ənənəvi mətn formatı ilə yanaşı, audio xəbərlər və podkastlar da təqdim edir. Bu yenilik sayəsində istifadəçilər yolda, sükan arxasında və ya istənilən şəraitdə xəbərləri dinləyə biləcəklər. Bundan əlavə, portaldakı xüsusi bölmədə ən məşhur kriptovalyutaların AZN üzrə rəsmi məzənnəsi də gündəlik yenilənir.

Missiya və üstünlüklər

TechXeber.az-ın əsas missiyası: texnologiya, elm və innovasiya sahəsində ən dolğun və operativ xəbərləri təqdim etmək, oxucuları həm qlobal, həm də yerli bazardakı yeniliklər barədə məlumatlandırmaqdır.

Portalın mühüm üstünlüklərindən biri də saxta xəbərlərə qarşı mübarizə və kontentin orijinallığının qorunmasıdır.

İnnMedia haqqında qısa

Portal Innovation Media Services (InnMedia) tərəfindən hazırlanıb. İnnMedia süni intellekt əsaslı RaaS media avtomatlaşdırma həllərinin inkişafı ilə məşğuldur və TechXəbər bu istiqamətdə ilk addımlardan biridir.

"Bizim məqsədimiz müasir texnologiyaların imkanlarını medianın xidmətinə təqdim etməkdir. TechXəbər oxuculara tamamilə yeni bir təcrübə qazandıracaq", - layihə komandası bildirib.

Oxşar xəbərlər

Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər