"Wolt" yeni "Packages" funksiyasını təqdim edir: indi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
Far.Az xəbər saytı

"Wolt" yeni "Packages" funksiyasını təqdim edir: indi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!


"Wolt"un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər!

Artıq "Wolt" tətbiqində yalnız sevimli yeməkləri və məhsulları sifariş etmək deyil, həm də əşyaları göndərmək mümkündür - sürətli və rahat şəkildə.

İstifadəçilər üçün ən xoş xəbər isə budur ki, onlar ilk ay ərzində bütün çatdırılmalara 50 % endirimdən yararlana biləcəklər, kampaniya başa çatdıqdan sonra isə ilk sifarişdə 50 % endirim əldə edəcəklər. Xidmət artıq "Wolt"un fəaliyyət göstərdiyi bütün şəhərlərdə aktivdir - Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Lənkəran, Naxçıvan, Xankəndi və Mingəçevir daxil olmaqla.

Dostunuza hədiyyə göndərmək, sənəd çatdırmaq və ya aldığınız məhsulları mağazadan götürməlisiniz? İndi bütün bunları "Wolt Packages" ilə edə bilərsiniz - çatdırılma 1 saatdan az çəkəcək, sifarişi isə cəmi bir dəqiqəyə tanış və rahat interfeysdə rəsmiləşdirə biləcəksiniz.

Xidmətdən "Wolt" tətbiqi vasitəsilə yararlana bilərsiniz:

  • "Wolt" tətbiqini açın və "Packages" bölməsini seçin;
  • Kuryerin əşyanı götürəcəyi və çatdıracağı ünvanı təyin edin;
  • Kuryer sifarişi qəbul edib sürətli və rahat şəkildə ünvana çatdıracaq
  • Siz isə çatdırılmanı real vaxtda izləyə biləcəksiniz.

Həmsöhbətimiz - "Wolt"un Azərbaycandakı İdarə Heyətinin Sədri Tofiq Süleymanovdur.

Tofiq Süleymanov yeni funksiyanın istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşdü:

"Biz "Wolt" olaraq sadəcə yemək çatdırılması xidməti deyil, həmişə bundan daha geniş imkanlar təqdim etmək üçün çalışırıq. "Wolt Packages"in istifadəyə verilməsi ilə biz istifadəçilərə daha çox seçim imkanı və rahatlıq təqdim edirik. Artıq onlar vaxt itirmədən və yerlərini dəyişmədən istənilən əşyaları göndərib təhvil ala biləcəklər. Əminəm ki, bu funksiya həm şəxsi istifadəçilərin, həm də bizneslərin böyük marağına səbəb olacaq".

Tez-tez verilən suallar - cavablandırır Tofiq Süleymanov.

Bu funksiya nədir və nə üçün lazımdır?

"Wolt Packages" istifadəçilərə "Wolt" tətbiqi vasitəsilə əşyaları tez və rahat göndərmək və təhvil almaq imkanı yaradır.

Hansı əşyaları göndərmək olar?

Kiçik və orta ölçülü əşyalar: sənədlər, alış-veriş məhsulları və şəxsi əşyalar. İstifadəçi ölçünü və çəkini seçir, sistem isə uyğun kuryeri təyin edir.

Çatdırılma radiusu nə qədərdir?

Başlanğıc ünvandan 15 km məsafəyə qədər.

Təhvil alanın "Wolt" istifadəçisi olması vacibdirmi?

Xeyr. Sadəcə göndərənin "Wolt" istifadəçisi olması kifayətdir.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər