Beyin müxtəlif insanlarla ünsiyyət zamanı necə dəyişir?
Far.Az xəbər saytı

Beyin müxtəlif insanlarla ünsiyyət zamanı necə dəyişir?


Niderlandın Neymeyen Universitetinin alimləri müəyyən ediblər ki, insan beyni qarşısındakı şəxsin səsinə dərhal uyğunlaşır və bu, onunla daha yaxşı ünsiyyət qurmağa kömək edir.

Far.Az xəbər verir ki, neyrobioloq Orxun Uluşaxinin rəhbərlik etdiyi araşdırmaya görə, beyin danışanın səsinin tembrinə, tonuna, sürətinə və vurğularına uyğunlaşaraq həm onu daha yaxşı anlamağa, həm də öz nitqini dəyişməyə başlayır.

Tədqiqat nəticəsində məlum olub ki, insanlar söhbət zamanı qarşısındakı şəxsin səsinə bənzər tonla danışmağa meyllidirlər. Yəni yüksək səslə danışanı dinləyənlər də qeyri-ixtiyari olaraq səslərini qaldırırlar və əksinə.

Alimlər bildiriblər ki, bu proses beynin qarşı tərəf haqqında topladığı məlumat əsasında baş verir və insan nitqinin qarşılıqlı anlaşmaya uyğun şəkildə formalaşdığını göstərir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər