Azərbaycan olimpiyaçılarının yararsız hala düşən medallarının dəyişdiriləcəyi tarix bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycan idmançılarının yararsız hala düşən medallarının dəyişdirilməsi prosesinə 2026-cı ilin fevralında başlanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev açıqlama verib.
O, MOK-un Beynəlxalq Olimpiya Komitəsinə məsələ ilə bağlı ilin əvvəlində müraciət etdiyini xatırladıb:
"Bu vəziyyətlə bağlı müxtəlif hazırlıq prosesləri gedirdi. Bizə verilən məlumata görə, 2026-cı ilin fevralında bizim idmançıların medallarının dəyişdirilməsi prosesinə başlanılacaq".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.
Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
Oxşar xəbərlər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri ilə görüş keçirilib
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













