Xalq rəssamı Səttar Bəhlulzadənin anım günüdür
Bu gün Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin vəfatından 51 il ötür.
BAKU.WS xəbər verir ki, Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrında Bakının Əmircan kəndində anadan olub.
1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M. Şaqalın tələbəsi olub.
Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutub.
Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri ("Buzovna neft mədənləri", "Əmircan" və s.) nümayiş etdirilib.
"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir". Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir.
"Toğrul Nərimanbəyov" (film, 1966), "Bu,Səttar Bəhlulzadədir" (film, 1969), "Üç hekayə" (film, 1974), "Səttar Bəhlulzadə" (film, 1988), "Sonuncu dərviş" (film, 2009) filmlərində böyük sənətkar həm müsahibə verib, həm də ondan bəhs edilib.
Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan", "Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı","Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib.Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Xalq rəssamı Əmircan kəndində dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













