Avstraliya Baş naziri və Donald Trampın oğlunun şəxsi nömrələri internetdə yayılıb
Far.Az xəbər saytı

Avstraliya Baş naziri və Donald Trampın oğlunun şəxsi nömrələri internetdə yayılıb


Avstraliya Baş naziri Entoni Albanese və ABŞ sabiq prezidenti Donald Trampın oğlu Donald Tramp Cunyora məxsus şəxsi telefon nömrələri ABŞ-də fəaliyyət göstərən bir internet saytında dərc olunub.

Far.Az xəbər verir ki, BBC-nin məlumatına görə, adı açıqlanmayan sayt süni intellekt vasitəsilə internetdən topladığı məlumatları birləşdirərək, tanınmış şəxslərin əlaqə nömrələrini paylaşır.

Albanese-nin ofisi məlumat sızmasından xəbərdar olduqlarını və məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Müxalifət lideri Sussan Ley-in də şəxsi nömrəsinin həmin saytda yer aldığı qeyd olunub.

Məlumata görə, platformada istifadəçilər şəxsi məlumatlara pulsuz çıxış əldə edə bilir və daha geniş məlumat üçün qeydiyyat seçimi təklif olunur. Hazırda saytın fəaliyyəti yerli orqanlar tərəfindən araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər