ABŞ kəşfiyyatı Venesuela prezidentini izləyir
ABŞ kəşfiyyat xidməti Venesuela Prezidenti Nikolas Maduronun hərəkətlərini izləyir, lakin onu fiziki cəhətdən aradan qaldırmaq planı yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, ABŞ artıq səkkiz həftədir Karib dənizində narkotik ticarətinin qarşısını almaq və bəlkə də Venesuela liderini devirmək məqsədilə hərbi kampaniya aparır.
Keçən həftə ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuela ərazisində gizli əməliyyatlar keçirməsinə icazə verdiyini təsdiqləyib.
"Axios"-a danışan mənbə bildirib: "Söhbət təkcə MKİ-dən getmir, bütün kəşfiyyat imkanlarımızdan söhbət gedir. ABŞ Maduronun harada olduğunu, hara getdiyini bilir. Əgər biz onu raketlə aradan qaldırmaq istəsəydik, artıq bunu etmişdik".
ABŞ administrasiyası hesab edir ki, hərbi-dəniz qüvvələrinin fəaliyyəti, gizli əməliyyatlar və digər təzyiq üsulları nəticəsində Maduro üçün vəziyyət dözülməz hala gətiriləcək. Tramp administrasiyasının rəsmiləri inanır ki, Maduro ya devriləcək, ya da mühacirətə getməli olacaq.
Ekspertlər hesab edirlər ki, Maduro rejimi çevriliş cəhdlərinə qarşı kifayət qədər qorunmuş vəziyyətdədir. Ehtimal olunur ki, Tramp sonda Venesuela liderinə qarşı "yerüstü hücum" əməliyyatı həyata keçirə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













