Fransada daha bir müzeydən 90 min avroluq OĞURLUQ
Far.Az xəbər saytı

Fransada daha bir müzeydən 90 min avroluq OĞURLUQ


Fransanın Lanqres şəhərində yerləşən Denis Diderot Maarifçilik Muzeyindən 18-19-cu əsrlərə aid 2 minə yaxın gümüş və qızıl sikkə oğurlanıb.

BAKU.WS xəbər verir ki, hadisə Parisdəki Luvr Muzeyində baş verən 88 milyon avroluq zinət əşyaları oğurluğundan bir neçə gün sonra qeydə alınıb.

Məlumata görə, oğrular yalnız qiymətli sikkələri aparıblar, digər eksponatlara toxunmayıblar.

Lanqres bələdiyyəsi hadisəni "planlı və hədəfli hücum" kimi qiymətləndirib. Oğurlanan kolleksiyanın ümumi dəyərinin 90 min avro olduğu bildirilir.

Qeyd edək ki, son günlər Fransada üç böyük muzeydə ardıcıl baş verən oğurluqlar ölkədə mədəni irsin qorunması və təhlükəsizlik sistemlərinin səmərəliliyinə dair ciddi narahatlıq yaradıb.

Oxşar xəbərlər

Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi
"Luvr"dan 8 dəqiqəyə oğurlanan 10 milyonluq zinət əşyaları tapılacaq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər