KOBİA ilə Serbiya İnkişaf Agentliyi arasında Yol Xəritəsi imzalanıb
Far.Az xəbər saytı

KOBİA ilə Serbiya İnkişaf Agentliyi arasında Yol Xəritəsi imzalanıb


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.

BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, imzalanma Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında baş tutub.

Yol Xəritəsini KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru Nikola Yankoviç imzalayıblar.

İclasda vurğulanıb ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir.

Komissiyanın həmsədri, maliyyə naziri Sahil Babayev iclasda çıxışı zamanı ölkədə biznes mühiti üçün geniş imkanların mövcud olduğunu qeyd edib və xüsusilə Ələt Azad İqtisadi Zonası, həmçinin Asiyanı Avropa ilə birləşdirən "Orta Dəhliz" layihəsi çərçivəsində formalaşan yeni nəqliyyat və logistika infrastrukturunun investorlar üçün böyük potensial yaratdığını diqqətə çatdırıb.

O, Serbiya şirkətlərini Azərbaycanda həyata keçirilən yeni layihələrdə fəal iştirak etməyə, Azərbaycan şirkətlərini isə Serbiya və daha geniş Balkan regionunda əməkdaşlığı genişləndirməyə dəvət edib.

Oxşar xəbərlər

Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər