Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI
Far.Az xəbər saytı

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI


Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb.

Far.Az xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan Elektrorabitə üzrə Dövlət Müfəttişliyi (BelGİE) məlumat yayıb.

"Milli Təhlükəsizlik Komitəsinin təqdimatı əsasında informasiya resursuna giriş məhdudlaşdırılıb. Məhdudiyyətin müddəti hələlik məlum deyil", – deyə məlumatda qeyd olunur.

Kompüterdən vk.com saytına daxil olmağa cəhd edildikdə "Belarus Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" qanununa əsasən, Belarusun İnformasiya Nazirliyinin qərarı ilə bu informasiya resursuna giriş məhdudlaşdırılıb" məzmunlu bildiriş ekranda görünür.

"VKontakte"nin mətbuat xidməti açıqlamasında vəziyyəti araşdırdıqlarını bildirib.

"[Şirkət] Belarusda milyonlarla istifadəçi üçün sosial şəbəkə xidmətlərinin mümkün qədər tez yenidən əlçatan olması üçün zəruri addımlar atır", – deyə qeyd olunub.

Oxşar xəbərlər

Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər