Aydın Kərimov: “Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi qürurvericidir”
Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi bizim üçün qürurvericidir.
"Far.Az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə Beynəlxalq Qastronomiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib.
O, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəsinin olmadığını qeyd edib və əlavə edib ki, builki tədbir xüsusi rəmzi xarakter daşıyır: “Şuşa bu il İslam ölkələrinin mədəniyyət paytaxtı statusu alıb və bütün tədbirlər bu bayraq altında keçirilir. Bu festivalda İslam ölkələrinin mədəniyyətini, o cümlədən mətbəxini - ləziz yeməklərini nümayiş etdirmək üçün şərait yaradılıb".
Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir. "Tut Bağı"nda yaradılan çadır stendlərində Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının birgə "İftar və onunla bağlı sosial-mədəni ənənələr" adlı, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçirilir.
Oxşar xəbərlər
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













