İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı olub
Far.Az xəbər saytı

İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı olub


Amerikalı sahibkar və milyarder İlon Mask tarixdə ilk dəfə 500 milyard dollarlıq sərvətə sahib olan şəxsolub.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Metro" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Maskın sərvəti əvvəlcə 500 milyard dollara yüksəlib, daha sonra isə 499,1 milyard dollara qədər azalıb. Bu artım Tesla şirkətinin səhmlərinin təxminən 14% bahalaşmasından sonra baş verib. Qeyd edilir ki, Mask şirkətin 12 faizinə sahibdir.

Məqalədə həmçinin xatırladılıb ki, milyarder SpaceX və xAI şirkətlərində də böyük paylara malikdir və bu şirkətlər də ona illik yüksək gəlir gətirir.

Xatırladaq ki, sentyabrın 10-da "Forbes" jurnalı dünyanın və ABŞ-ın ən varlı insanlarının siyahısını açıqlamışdı. Siyahıya artıq dördüncü ildir ki, Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask liderlik edir. Həmin vaxt onun sərvəti 400 milyard dollardan çox idi.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
"Bloomberg": Mask 400 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər