Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb
Far.Az xəbər saytı

Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb


Hindistanın mərkəzi Uttar-Pradeş ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Far.Az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ştat polisindən məlumat verilib.

Qeyd olunub ki, hadisə avtobus Hatrasdan Aqraya gedən zaman baş verib.

Belə ki, sərnişin avtobusunun sürücüsü ötmə əməliyyatı edən zaman digər nəqliyyat vasitəsi ilə toqquşub.

Vurğulanıb ki, yaralı olan dörd sərnişinin vəziyyəti ağırdır.

Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə pul təzminat ödəyəcəyini açıqlayıb.

Oxşar xəbərlər

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
Hindistanın cənubunda leysan yağışları nəticəsində azı 12 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər