Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Far.Az xəbər saytı

Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var


Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB-1
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər