"Qara cümə" münasibətilə Yelo invest-də komissiyasız alış kampaniyası!
İnvestisiya dünyasına addım atmaq indi daha sərfəli və rahatdır. Yelo invest istifadəçiləri üçün Qara cümə münasibətilə xüsusi kampaniya başladı! 2025-ci ilin noyabr ayının sonuna qədər bütün səhm və ETF alışı (10 USD-dən yuxarı səhmlərdə) əməliyyatlarını tamamilə komissiyasız həyata keçirmək mümkündür. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara şamil olunur.
Yelo invest nədir?
Onlayn investisiya artıq gündəlik həyatın bir parçasıdır. Dünyanın istənilən yerindən, istənilən vaxt maliyyə bazarlarına qoşulmaq, portfelini idarə etmək və əlavə gəlir qazanmaq indi çox daha rahatdır. Yelo Bank müştərilərinə bu üstünlüyü təqdim edir: tam onlayn investisiya platforması – Yelo invest! "Unicapital İnvestisiya Şirkəti" ilə birgə hazırlanan bu xidmət investorlara qlobal bazarlara çıxış imkanı verir.
Yelo invest ilə ABŞ-ın məşhur şirkətlərinin səhmlərinə və ETF-lərinə sahib olmaq, portfelini idarə etmək və dividendləri izləmək sadə interfeys sayəsində çox asandır. Qeydiyyat prosesi sürətli və tam onlayndır – filiala getmədən, lazımi sənədləşmələri sadəcə Yelo App-də SİMA rəqəmsal imza ilə həyata keçirmək mümkündür.
Platforma həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilərə 16 saatlıq treyd imkanı təqdim olunur: bazar açıq olduğu vaxtlarla yanaşı, pre-market və after-market saatlarında da əməliyyat aparmaq mümkündür. Müştərilər bazar sifarişi ilə dərhal alış edə və ya limit sifarişi ilə daha sərfəli qiyməti gözləyə bilərlər.
Alış AZN və USD valyutalı Yelo kart və ya Yelo Bank hesabı vasitəsilə həyata keçirilir. Alınan səhmlər realdır – bu da müştəriləri birbaşa həmin şirkətlərin payçısına çevirir.
Yelo invest ilə indi daha çox nəzarət, daha çox rahatlıq və daha çox fürsət sənin əlindədir. Sən də Yelo App-i yüklə və Qara cümə kampaniyasından faydalanaraq investisiya dünyasına rahat addım at: https://bit.ly/44kUcc0.
Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yelo invest-də "Komissiyasız alış günləri" başladı!
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB













