QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət edib
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib.
Far.Az report-a istinadən xəbər verir ki, idarənin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi hər il Həcc ziyarəti üçün hazırlıq prosedurunun daha erkən başlaması üçün yeni işlər görüdüyünü bildirib:
"Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün sənəd qəbulunun başlaması barədə göstəriş verib. Bu baxımdan, vizaların verilməsi prosedurunun da vaxtından tez başladılaraq Ramazan ayının sonunadək bitiriləcəyi gözlənilir. Həcc ziyarətinə getmək istəyən vətəndaşlarımızdan vaxtın çox qalmasına baxmayaraq, yerlər dolmadan qeydiyyata düşməyi xahiş edirik".
V.Cahangiri həmçinin vurğulayıb ki, hər gün vətəndaşlar qeydiyyat erkən başlasa belə Həcc ziyarətinə getmək üçün müraciət edirlər:
"Əksər vətəndaşlar mövsümün sonunda Həccə getmək üçün müraciət edirlər. Həmin ərəfədə isə kvota dolur və vətəndaş Həcc ziyarətinə gedə bilmir. Ona görə də zəvvarlara gec qalmadan müraciət etməyi məsləhət görürük".
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ! - Qiymətlər AÇIQLANDI
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Xəbərdarlıq edildi
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Vüsal Cahangiri: "Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi dolub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
Sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa görə cərimələr müəyyən edilir
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Məşhur aktrisa övladının 40-ı çıxmadan ərindən boşandı
-
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var













