Uitkoff və Uşakov arasındakı söhbətin səs yazısı yayıldı - Nələri müzakirə ediblər?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabr ayında Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığında Ukrayna münaqişəsinin həlli üçün Qəzza planına bənzər yeni bir razılaşma üzərində birlikdə işləməyi təklif edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Agentlik söhbətin 14 oktyabrda baş tutduğunu və beş dəqiqədən bir qədər çox davam etdiyini bildirib.
Uitkoffun Putinin Trampla danışıqları necə aparmalı olduğu barədə məsləhətlər verdiyi də iddia olunur. O, həmçinin Rusiya ilə ABŞ arasında 20 maddəlik yeni sülh planı hazırlanmasını təklif edib.
Bloomberg-in iddiasına görə, söhbətdən sonra Uşakov məsələni "bosu" ilə müzakirə edəcəyini deyib. Zelenski 17 oktyabrda Vaşinqtona səfər edib, Putinin Trampla telefon danışığı isə oktyabrın 16-da baş tutub.
Agentlik daha sonra 29 oktyabrda Uşakovla Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev arasında ikinci danışığın baş tutduğunu yazıb. Həmçinin Dmitriyev ABŞ tərəfinə Rusiya versiyasını qeyri-rəsmi təqdim etməyi təklif kimi rəli sürüb.
Yayılan iddialara münasibət bildirən Kirill Dmitriyev bu informasiyanı "feyk" adlandırıb. Yuri Uşakov isə danışıqların məxfiliyini vurğulayaraq, "kiminsə söhbətləri sızdırdığını, kiminsə dinlədiyini, amma bunun Rusiyanın işi olmadığını" bildirib.
Vaşinqton isə məsələyə ehtiyatla yanaşıb. ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bu barədə "eşitmədiyini", lakin belə danışıqların "adi diplomatiya" olduğunu söyləyib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib













