64 yaşlı kişi sosial şəbəkədə təhqiramiz ifadələr yazdığına görə həbs olundu
Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.
Sumqayıt şəhər sakini olan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan şəxs törətdiyi əməli etiraf edib: "Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam".
Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
"Neftçi idman klubu"nun əməkdaşı həbs edildi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













