Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər edib, 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artıb, Rusiyaya gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu il Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır













