FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub
Far.Az xəbər saytı

FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub


FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.

"Report" "Arriyaditah" nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transferi zamanı Asiya təmsilçisinin "Mançester Siti"yə (İngiltərə) bəzi ödənişləri yerinə yetirməməsi səbəb olub.

Mənbənin məlumatına görə, 9 milyon avro ödənildikdən sonra qadağa aradan qaldırılacaq.

31 yaşlı Laport 2023-cü ildən 2025-ci ilə qədər "Əl-Nəsr"də oynayıb. O, komandada 69 oyun keçirib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçu hazırda İspaniyanın "Atletik" klubunda çıxış edir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər