İspaniya Azərbaycandan neft alışını 3 dəfə azaldıb
Far.Az xəbər saytı

İspaniya Azərbaycandan neft alışını 3 dəfə azaldıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İspaniyaya 82 min 575,87 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 38 milyon 585,23 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 3 dəfə, dəyəri isə 3,7 dəfə azdır.

İspaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,37 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dolları olan 22 milyon 132 min 445,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Oxşar xəbərlər

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi açıqlanıb
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Çexiya Azərbaycandan neft alışını 5 %-ə yaxın artırıb
Xorvatiya Azərbaycandan neft idxalını 14 %-ə yaxın azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər