"Sumqayıt"ın məşqçisi: "Sabah" buraxdığımız bütün səhvlərdə bizi cəzalandırmağı bacardı"
Far.Az xəbər saytı

"Sumqayıt"ın məşqçisi: "Sabah" buraxdığımız bütün səhvlərdə bizi cəzalandırmağı bacardı"


"Sabah" komandası "Sumqayıt"ı buraxdığı bütün səhvlər zamanı cəzalandırmağı bacarıb.

"Far.Az"un məlumatına görə, bunu "gənclik şəhəri" təmsilçisinin məşqçisi Veliçko Kaplanoviç mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XVI turunda "Sabah"a 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

"Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün onlar qələbəyə layiq idilər. Bütün buraxdığımız səhvlər zamanı bizi cəzalandırmağı bacardılar. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə komandalara qarşı bir hissə yox, bütün matç boyu mükəmməl şəkildə oynamaq lazımdır".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu
III MDB Oyunları: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər