Ucuz qiymətə torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR
Far.Az xəbər saytı

Ucuz qiymətə torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR


Yanvarın 28-də torpaq müsabiqə və hərracları keçiriləcək

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən torpaq sahələrinin müsabiqə və hərracları keçiriləcək.

Far.Az-in əldə etdiyi məlumata görə, gələn il 26 yanvar tarixində keçiriləcək torpaq müsabiqəsi və hərracları Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində təşkil olunacaq.

Müsabiqə və hərraclara Xızı, Gəncə, Göygöl, Qusar və Yardımlı rayonlarında yerləşən torpaq sahələri çıxarılıb. Sözügedən torpaqlar fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatı (heyvandarlıq) məqsədləri üçün nəzərdə tutulur.

Torpaq sahələrinin bir hissəsi satışa, bir hissəsi isə 15 illik icarəyə təqdim olunur. Sahələr 120 kvadrat metrdən 5 hektaradək dəyişir. İlkin qiymətlər və icarə haqları torpağın təyinatına və yerləşdiyi zonaya uyğun müəyyən edilib.

Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi barədə cədvəl

1 Xızı – Xızı Bələdiyyəsi Müsabiqə (satış) 788 kv.m 8 668 Fərdi yaşayış evi
2 Xızı – Xızı Bələdiyyəsi Müsabiqə (satış) 4 746 kv.m 52 206 Fərdi yaşayış evləri
3 Xızı – Xızı Bələdiyyəsi Müsabiqə (satış) 9 470 kv.m 104 170 Fərdi yaşayış evləri
4 Gəncə – Nizami Bələdiyyəsi Hərrac (satış) 700 kv.m 14 000 Fərdi yaşayış evi
5 Gəncə – Nizami Bələdiyyəsi Hərrac (satış) 700 kv.m 14 000 Fərdi yaşayış evi
6 Gəncə – Nizami Bələdiyyəsi Hərrac (satış) 700 kv.m 14 000 Fərdi yaşayış evi
7 Göygöl – Çaykənd Bələdiyyəsi Hərrac (satış) 800 kv.m 4 160 Fərdi yaşayış evi
8 Göygöl – Çaykənd Bələdiyyəsi Hərrac (satış) 800 kv.m 4 160 Fərdi yaşayış evi
9 Göygöl – Çaykənd Bələdiyyəsi Hərrac (icarə) 1.83 ha (15 il) 275 Heyvandarlıq
10 Göygöl – Üçtəpə Bələdiyyəsi Hərrac (satış) 120 kv.m 1 500 Sahibkarlıq
11 Göygöl – Üçtəpə Bələdiyyəsi Hərrac (satış) 248 kv.m 3 060 Sahibkarlıq
12 Qusar – Samur Bələdiyyəsi Hərrac (icarə) 5 ha (15 il) 550 Heyvandarlıq
13 Yardımlı – Şəfəqli Bələdiyyəsi Müsabiqə (satış) 1 000 kv.m 4 000 Fərdi yaşayış evi
14 Yardımlı – Şəfəqli Bələdiyyəsi Müsabiqə (satış) 1 000 kv.m 4 000 Fərdi yaşayış evi
15 Yardımlı – Şəfəqli Bələdiyyəsi Müsabiqə (satış) 600 kv.m 2 400 Fərdi yaşayış evi
16 Yardımlı – Şəfəqli Bələdiyyəsi Müsabiqə (satış) 700 kv.m 2 800 Fərdi yaşayış evi

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər