42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb
Far.Az xəbər saytı

42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb


Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

"Far.Az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı quruma müraciət edib:

"Namizəd seçki dairəsi üzrə nəticələrin etibarsız hesab olunmasını xahiş edib. O, bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib, müraciətinə aktlar və foto-video görüntülər əlavə edilib.

Araşdırma zamanı Yasəmən Mahmudovanın nəticələrini mübahisələndirdiyi seçki məntəqələri üzrə iddialar 27 saylı seçki məntəqəsi istisna olmaqla iddialar əsasını tapmayıb. Dairə üzrə yalnız həmin məntəqədə nəticələr ləğv edilib".

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
MSK Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddiaları araşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər