Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub
Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
Nazirlikdən "Far.Az"a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.
Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli "Əmək", Xalq şairi Vahid Əzizə "Şərəf" ordenləri, rəssam-animator Gülşən Quliyevaya isə "Tərəqqi" medalı təqdim olunub.
Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları təqdim edilib.
Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər. Sonda xatirə fotosu çəkdirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













