"Rodrigez əməkdaşlıq etməsə": Tramp Venesuelaya ikinci zərbə endirməyə hazır olduğunu bildirib
Far.Az xəbər saytı

"Rodrigez əməkdaşlıq etməsə": Tramp Venesuelaya ikinci zərbə endirməyə hazır olduğunu bildirib


Donald Tramp bildirib ki, əgər Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez Amerika hakimiyyəti ilə əməkdaşlıq etməkdən imtina edərsə, ABŞ Venesuelaya ikinci hərbi zərbə endirməyi nəzərdən keçirə bilər.

Far.Az NBC News-aistinadən xəbər verir ki, Tramp Rodrigezin hazırda senator Rubio ilə danışıqlar apardığını açıqlayıb.

Prezident Rubionun onunla ispan dilində səlis danışdığını və onunla güclü işgüzar münasibətlər saxladığını qeyd edib.

Lakin Tramp Nikolas Maduronun devrilməsindən əvvəl Rodrigez və ABŞ arasında əlaqələrin mövcud olduğu barədə mediada yayılan məlumatları təkzib edib. Venesuela rəsmiləri ilə Maduronu devirmək üçün hər hansı bir razılaşma barədə soruşulduqda, Tramp bildirib ki, bir çoxları belə cəhdlər edib, lakin ABŞ administrasiyası yerli hakimiyyət orqanlarının daxili dəstəyi olmadan hərəkət etmək qərarına gəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər