AGF rəsmisi: "Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərdən biridir"
Güləş üzrə Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərdən biridir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev ölkə çempionatının açılış mərasimində deyib.
Qurum rəsmisi qarşıdakı hədəflərdən danışıb:
"Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərimizdən biridir. Çünki Azərbaycan çempionatı milli komandanın tərkibinin formalaşmasında mühüm rol oynayır. Bu gün, demək olar ki, bütün güclü idmançılarımız buradadır, bəziləri tibbi səbəblərdən iştirak edə bilmir, onlara şəfa diləyirik. Bu çempionatda bir sıra yeniliklər etdik. Bunlardan biri çəki sisteminin kamera müşahidəsi ilə aparılmasıdır ki, şəffaflıq təmin olunsun. Azarkeşlər üçün müxtəlif uduşlar və proqramlar hazırlamışıq. Beynəlxalq hakimləri dəvət etmişik ki, turnirdə heç bir sual yaranmasın. Bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və digər federasiyalara təşəkkür edirik. Güclü olan qazansın".
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-nə qədər davam edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













