Azərbaycan Türkiyədən tekstil məhsulları idxalına çəkdiyi xərci 2 % artırıb
2025-ci ildə Azərbaycan Türkiyədən 51,319 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2 % çoxdur.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 4,818 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,5 % çoxdur.
Ötən il Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 9 milyard 409 milyon ABŞ dolları, dekabrda isə 0,2 % artaraq 782 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox tekstil məhsulları idxalını İtaliya 733 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 0,8 % az), Misir 552,023 milyon ABŞ dolları (23,1 % çox) və ABŞ 537,856 milyon ABŞ dolları (0,9 % çox) dəyərində həyata keçirib.
Oxşar xəbərlər
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













