Seyran Səxavət: "Yazıçı Anar səhv edir, mən olsaydım, hamısını birdən çıxarardım"
Far.Az xəbər saytı

Seyran Səxavət: "Yazıçı Anar səhv edir, mən olsaydım, hamısını birdən çıxarardım"


"Yazıçı Anar çox humanist adamdır. Onun yerinə mən olsaydım, 5 ili gözləməzdim. Son 1 il ərzində üzvlük haqqı ödəməyənlərin hamısını Birlikdən xaric edərdim".

Far.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq yazıçısı Anar Rzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqlarıilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Mən AYB-nin üzvüyəm və hər il vaxtında bu haqqı ödəyirəm. Yenə deyirəm, Anar səhv edir, 5 ili gözləmək lazım deyildi. Elə bir il ödəməyənləri avtomatik çıxarmaq lazım idi", - o bildirib.

Yazıçı "Üzvlər niyə üzvlük haqqı ödəmirlər?" sualına belə cavab verib:

"Bu, azərbaycanlı olmaqla əlaqəlidir. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki..."

AYB sədri yazıçı Anar bildirib ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. O vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.

Yazıçı bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xalq artisti Əminə Yusifqızı dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər