Səlahiyyətlərim konstitusiya ilə deyil, öz əxlaqımla məhdudlaşır - Tramp
ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin mənbəyi ilə bağlı açıqlama verib. O bildirib ki, onun fəaliyyətinə qoyulan əsas məhdudiyyət konstitusiya və ya məhkəmələr deyil, öz şəxsi əxlaqıdır.
BAKU.WS xəbər verir ki, Amerika mətbuatına danışan Tramp, daha əvvəl səsləndirdiyi "məni dayandıra biləcək yeganə şey öz əxlaqımdır, beynəlxalq hüquq deyil" fikirlərinə aydınlıq gətirib. Prezident qeyd edib ki, səlahiyyətləri nə konstitusiya, nə də məhkəmələrlə məhdudlaşır:
"Yetkim öz əxlaqımla məhdudlaşır. Mən əxlaqlı insanam. Ölüm görməkdən xoşlanmıram. İnsanlarımızın zərər görməsini istəmirəm, qarşı tərəfin də zərər çəkməsini istəmirəm", – deyə Tramp vurğulayıb.
İrandakı etiraz aksiyalarına da toxunan Tramp bildirib ki, bəzi etirazçıların edam oluna biləcəyi ilə bağlı yayılan xəbərləri eşitməyib. Bununla belə, o əlavə edib ki, belə bir hal baş verərsə, ABŞ sərt addımlar ata bilər.
"Əgər onları assalar, bunun cavabında müəyyən reaksiyalar görəcəksiniz. Belə bir vəziyyət yaranarsa, çox sərt tədbirlər görərik", – deyə Tramp qeyd edib.
ABŞ-nin İrandakı etirazçılara necə yardım göstərə biləcəyi məsələsinə də münasibət bildirən Tramp, bunun təkcə hərbi üsullarla məhdudlaşmadığını, iqtisadi və digər yardım mexanizmlərinin də mövcud olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













