"Crocus"dakı terror aktına hazırlıqlar necə həyata keçirilib? - İstintaqın rəsmi açıqlaması
Rusiya İstintaq Komitəsi araşdırmaların gedişində "Crocus City Hall" konsert zalında terror aktına hazırlığın bütün mərhələlərini müəyyən edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a verdiyi müsahibədə bildirib:
"Bu cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada dövlət qurumlarının fəaliyyətini pozmaq və daxili siyasi vəziyyəti sarsıtmaq üçün təşkil edilib. İstintaq terror aktının planlaşdırılması, hazırlanması və həyata keçirilməsinin bütün mərhələlərini müəyyən edib.
Cinayətin təşkilatçılarını tapmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə müstəntiqlər və əməliyyat xidmətləri Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir".
Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən "Crocus" ticarət mərkəzində terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, hadisə zamanı 149 nəfər öldürülüb.
Oxşar xəbərlər
Paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 5 %-dən çox artıb
-
Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın perspektivləri müzakirə olunub
-
Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
-
Hövsan üfunətdən xilas edilir: Çirkab sularla bağlı problem necə həll olunur?
-
Salyanda yol qəzası olub, ölən və yaralanan var













