Rubio Netanyahuyla İranla bağlı vəziyyəti müzakirə edib
Far.Az xəbər saytı

Rubio Netanyahuyla İranla bağlı vəziyyəti müzakirə edib


ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə İran ətrafında yaranmış vəziyyəti və Vaşinqtonun mümkün cavab addımlarını müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı bazar ertəsi baş tutub. Tərəflər növbəti əlaqənin çərşənbə günü davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı İranda baş verən son hadisələr və ABŞ-nin bu proseslərə verə biləcəyi reaksiyalar müzakirə olunub.

"Axios" yazır ki, Marko Rubio İranla bağlı vəziyyəti dəyərləndirmək və mümkün cavab ssenarilərini nəzərdən keçirmək məqsədilə Benyamin Netanyahu ilə əlaqə saxlayıb.

Bundan əvvəl İran hakimiyyəti ölkədə baş verən kütləvi iğtişaşların xarici xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını və bunun mümkün hərbi müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıdığını bəyan etmişdi.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ administrasiyası yaxın 24 saat ərzində İrana qarşı hərbi zərbə endirə bilər.

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranda milli valyutanın kəskin ucuzlaşması fonunda etiraz aksiyaları başlayıb. Etirazlar zamanı təhlükəsizlik tədbirləri sərtləşdirilib, gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edilib. Aksiyalar 25 vilayətin 60-dan çox şəhərini əhatə edib. Ən kütləvi etirazlar Tehranda baş tutub, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində - Malekşahi, Kermanşah və Lordegan şəhərlərində qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər