Yaponiya KXDR-in ballistik raket buraxdığını bildirib
Far.Az xəbər saytı

Yaponiya KXDR-in ballistik raket buraxdığını bildirib


Tokioda Koreya Xalq Demokratik Respublikasından (KXDR) Yapon dənizi istiqamətində ballistik raketin buraxıldığını bildiriblər.

"Report" xəbər verir ki, bu barədə NHK Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə dəqiqə sonra sursat Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Daha əvvəl raketin buraxılması barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat veriblər. Hərbçilər uçuş məlumatlarını, o cümlədən məsafəni təhlil edirlər. Seulun qiymətləndirmələrinə görə, KXDR sentyabrın 12-də qısa mənzilli ballistik raket buraxıb.

Oxşar xəbərlər

Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Yonhap": KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - YENİLƏNİB
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər