Məsim Məmmədov Çində səfərdədir
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Çin tərəfinin dəvəti ilə Cıciang əyalətinin Şaosin şəhərində keçirilən 2026-cı il Ümumdünya Təmizlik Günününə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Çin Xalq Respublikasında səfərdədir.
"Report" xüsusi nümayəndəliyə istinadən xəbər verir ki, tədbir BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçirilir.
Səfər çərçivəsində Məsim Məmmədov Çin Kommunist Partiyasının Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb.
Tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və strateji rəhbərliyi ilə Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini, bütün istiqamətlər üzrə əməkdaşlığın ardıcıl olaraq genişləndiyini qeyd ediblər.
Söhbət zamanı Laçın rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Şaosinin şəhər inkişafı sahəsində təcrübəsi qeyd olunub. Laçın rayonu ilə Şaosin şəhəri arasında yaşıl və dayanıqlı şəhər quruculuğu, infrastruktur, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Ümumdünya Təmizlik Gününün qlobal əsas tədbirinin dayanıqlı inkişaf prinsiplərinin təşviqi, təmiz və müasir şəhər mühitinin formalaşdırılması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var













