Xamenei: "İğtişaşlarda minlərlə insan öldürülüb"
İranda son vaxtlarda baş verən iğtişaşlar nəticəsində bir neçə min insan öldürülüb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün (17 yanvar) Tehranda bir qrup İran vətəndaşı ilə görüşündə deyib.
"Ölkədə keçirilən dinc aksiyalar fitnəkarlar tərəfindən iğtişaşlara çevrilib və iğtişaşçılar ölkədə müxtəlif cinayətlərə əl atıblar", - deyə o qeyd edib.
Xamenei bildirib ki, iğtişaşlar zamanı ölkədə 250-dən çox məscid dağıdılıb, 250-dən çox təhsil müəssisəsinə və sairə ictimai əmlaka, dövlət idarələrinə və sairəyə xəsarət vurulub.
İranın Ali Lideri İranda baş verən hadisələrə görə, qərb ölkələrini qınayıb.
Xamenei ölkədə məkrli planlara son qoyulduğunu deyib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













