Azərbaycan Belarusdan torf tədarükünü kəskin artırıb
Far.Az xəbər saytı

Azərbaycan Belarusdan torf tədarükünü kəskin artırıb


Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,26 milyon ABŞ dolları dəyərində 13 min 457 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 948 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çox) 9 min 490 ton (+38 %), Rusiyadan 375 min ABŞ dolları dəyərində (-29 %) 1 min 490 ton (-50 %), Latviyadan 275 min ABŞ dolları dəyərində (-12 %) 615 ton (-20 %), Belarusdan 239 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 813 ton (+3 dəfə), Estoniyadan 165 min ABŞ dolları dəyərində (-34 %) 381 ton (-35 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 15 min 491 ton torfun 59 %-i Gürcüstanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər