Auditorlar Palatası və Türkiyənin müvafiq qurumu Anlaşma Memorandumu imzalayıb
Auditorlar Palatası və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) audit və mühasibatlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
"Report" Palataya istinadən xəbər verir ki, sənəd iki qurumun institusional tərəfdaşlıq mexanizmlərinin yaradılmasını, auditin tənzimlənməsini və keyfiyyətinin yüksəldilməsini, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılmasını, auditorların birgə sertifikasiyasını, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TM) qarşı mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur.
Memoranduma əsasən, tərəflər məlumat və təcrübə mübadiləsini genişləndirəcək, audit və mühasibatlıq standartlarının tətbiqi, keyfiyyətə kənar nəzarət mexanizmləri, kadr potensialının inkişafı və birgə təlim proqramları üzrə əməkdaşlıq edəcəklər.
Görüşdə həmçinin Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin yaradılması təşəbbüsü müzakirə olunub. Bildirilib ki, belə platforma ortaq standartların yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması, sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması və beynəlxalq təşkilatlarda birgə təmsilçilik baxımından mühüm rol oynaya bilər.
Oxşar xəbərlər
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













