Doğma yurda qayıdan Horovlu sakini: 33 il idi, bu günü həsrətlə gözləyirdik
33 il idi, bu günü həsrətlə gözləyirdik.
Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Süleymanova Soniya deyib.
O bildirib ki, iki oğlu da 44 günlük müharibədə iştirak edib:
"Horovludan 38 yaşında çıxmışdım. Rayonda tibb bacısı işləyirdim. 33 il idi, bu günü həsrətlə gözləyirdik. Bu günləri bizə yaşadan möhtərəm prezidentimizə Allah cansağlığı versin, "Dəmir Yumruq" heç vaxt əyilməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, hərbçilərimizə zaval dəyməsin. İki oğlum hərbçidir, 44 günlük müharibədə iştirak ediblər, biri zabit, digəri həkim kimi".
Səkkiz yaşında Horovludan didərgin düşən Mehraliyevə Lamiyə də öz sevincini dilə gətirib:
"Cənab prezident İlham Əliyevə çox təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Öz doğma torpağıma köçdüyüm üçün çox sevinirəm. Oradan çıxanda səkkiz yaşım var idi, bu gün isə 41 yaşındayam".
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər













