Qızıl və digər qiymətli metallar ardıcıl rekordlar qırır
Qlobal bazarlarda dolların kəskin ucuzlaşması və artan geosiyasi qeyri-müəyyənliklər investorları təhlükəsiz aktivlərə yönəldib. Bu fonda qızıl qiymətləri tarixi zirvələri yeniləyib.
Far.Az xəbər verir ki, beynəlxalq ticarətdə qızılın unsiyası 5 247 dollara qədər yüksələrək bütün dövrlərin rekordunu müəyyən edib. İlin əvvəlindən bəri qızılın unsiya qiyməti 20 faizdən çox artım göstərib. ABŞ-də qızıl fyuçersləri də yüksəliş nümayiş etdirərək 5 237 dollar səviyyəsində ticarət olunub.
Dolların zəifləməsi qiymətli metallar bazarına güclü dəstək verib. ABŞ Prezidentinin dollarla bağlı açıqlamalarından sonra əsas valyutalar qarşısında dollar indeksi son dörd ilin minimum səviyyələrinə yaxınlaşıb. Analitiklər dolların bu mövqeyinin qızıl üçün əlavə stimul yaratdığını bildirirlər.
Digər qiymətli metallar da yüksəliş trendindədir. Gümüşün unsiya qiyməti 115 dolları ötərək ilin əvvəlindən bəri təxminən 60 faiz bahalaşıb. Platin və paladyumda da artım müşahidə olunur.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ Mərkəzi Bankının faiz qərarları ilə bağlı gözləntilər və qlobal iqtisadi risklər fonunda təhlükəsiz limanlara tələbat yüksək olaraq qalır. Bəzi beynəlxalq maliyyə institutları 2026-cı ildə qızılın unsiya qiymətinin 6 min dollara qədər yüksələ biləcəyini istisna etmir.
Eyni zamanda ABŞ-də istehlakçı inamının son illərin ən aşağı səviyyəsinə enməsi də investor davranışına təsir göstərərək riskdən qaçışı gücləndirib. Bu amillər bazarlarda yüksək volatilliyin davam edəcəyinə işarə edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













